“Muğan”la müqavilə bağlayan Rauf Mehdiyev “Neftçi” klubuna keçir
17.06.2010 - 13:20
Azərbaycan yığmasının sabiq qapıçısı Rauf Mehdiyev Bakının “Neftçi” klubundan təklif alıb. Bu haqda apasport.az saytına futbolçunun özü məlumat verib. Mövsüm bitəndən sonra Salyanın “Muğan” klubu ilə müqavilə bağlayan 34 yaşlı qapıçı indi karyerasını “ağ-qaralar”da davam etdirmək imkanı əldə edib: “Muğan”la anlaşmam olsa da, başqa variantım var. Bəli, bu, “Neftçi”dir. Ancaq transferimlə bağlı məsələ açıq alıb. İndidən demək olmaz ki, karyeramı “Neftçi”də, yaxud digər klubda davam etdirəcəyəm”.
Mehdiyevin son bir ildə karyerasında maraqlı tendensiya yaranıb. Məsələ ondadır ki, o, ötən yay “Simurq”a keçsə də, bu komandanı daxil yarışlarda debüt etmədən tərk etdi. Təcrübəli qapıçı qışda müqavilə bağladığı “İnter”lə Türkiyədə təlim-məşq toplanışından qayıdandan sonra “Karvan”a keçidi üçün rəhbərliyə müraciət etdi və müsbət cavab aldı.
I diviziona düşəndən sonra Yevlaxı tərk edən Rauf indi yenə eyni yolun yolçusudur: “Əlbəttə, hər bir futbolçu daha güclü klubda oynamaq istəyir. “Muğan”la müqavilə bağladığım zaman digər variant yox idi. İndi isə “Neftçi” variantı ortaya çıxıb və bunu dəyərləndirmək istərdim. “Muğan”la danışıqları özüm aparıram. Rəhbərlikdən xahiş etmişəm ki, gedişimə imkan yaratsınlar”.
Qeyd edək ki, “Neftçi” 5 il şərəfini qoruyan təcrübəli serbiyalı qapıçı Vladimir Miçoviçdən imtina edəndən sonra, üstəlik, gələn mövsümdən legioner limitinin olduğunu nəzərə alsaq, yerli qapıçıya böyük ehtiyacı var. Hazırda “ağ-qaralar”ın əsas qapıçısı Litva yığmasının üzvü Paulius Qribauskas, əvəzləyicisi isə gənc, təcrübəsiz Elçin Sadıqovdur.

0
0