“Karyeramı davam etdirib, “Bakı”da qalacağam”
17.06.2010 - 13:44
“Karyeramı davam etdirib, “Bakı”da qalacağam”
“Karyeramı davam etdirib, komandada qalacağam. Bu məsələ artıq həll olmaq üzrədir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Rəfael Əmirbəyov deyib.

Dünən alman məşqçi Vinfred Şaferin rəhbərliyi altında ilk məşqinə çıxan “Bakı”nın heyətində ancaq yerli oyunçular yer alıb. Bunu nəzərə alan baş məşqçi cəmi 30 dəqiqəlik yüngül məşqlə kifayətlənib. Karyerasının böyük hissəsini paytaxt klubunda keçirən, ancaq müqaviləsi başa çatan müdafiəçi də hazırlığa qoşulub.

Hələ oynamaq istəyən Əmirbəyov yeni məşqçi haqqında nəsə deməyin erkən olduğunu bildirib: “Bilirsiz, komanda tam yığışmayıb. Əsasən yerli futbolçular məşq edir. Bunu nəzərə alan baş məşqçi də yüngül məşqlə kifayətlənir. 2-3 gündən sonra legionerlər hazırlığa qoşulacaq. Yeni çalışdırıcının hansı üstünlüyə malik olduğunu onda söyləmək olar. İndi nəsə demək mümkün deyil”.