Məmmədov üçün Premyer Liqa və ya I divizionun fərqi yoxdur
17.06.2010 - 13:57
Məmmədov üçün Premyer Liqa və ya I divizionun fərqi yoxdur
“Hələlik real bir təklif yoxdur. Düzdür, eşidirəm ki, hansısa komanda xidmətimdə maraqlıdır. Ancaq məsələ danışıqlar səviyyəsinə çatmır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq futbolçusu İsmayıl Məmmədov deyib.

Bir vaxtlar Azərbaycan ən perspektivli futbolçularından hesab edilən yarımmüdafiəçi hazırda klubsuzdur. Ciddi təklif almayan Məmmədovun gözü yoldadır: “Premyer Liqa klubu və ya birinci divizion komandası olsun, fərqi yoxdur. Əsas odur ki, futbol oynayım”.

Yeri gəlmişkən, “Muğan”ın yarımmüdafiəçiyə təklif göndərdiyi deyilir. Xəbəri təsdiqləyən İsmayıl Salyan klubunun rəhbərliyi ilə görüşmədiyini deyib: “Muğan”dan təklif var idi, ciddi deyildi. İnşallah, yaxın günlərdə bir klubla anlaşaram”.