“Tvente”nin baş məşqçisi Vaqif Cavadovdan imtina etdi
17.06.2010 - 23:03
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu 2010/11 mövsümünün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, ölkə çempionunun əsas komandası sabah ilk yoxlama oyununa çıxacaq.
Enshede təmsilçisi aşağı dəstə təmsilçisi “Bennekom”la görüşəcək. Qiyməti uşaqlar üçün 5, böyüklər üçün 10 avro olan biletlər də artıq satışa çıxarılıb. Lakin oyuna gələcək tamaşaçılar 21 yaşlı hücumçumuzu görməyəcək. Buna klub rəhbərliyinin və yeni baş məşqçi Mişel Pryudomun qərarı səbəb olub.
Onlar “Bennekom”la matçda Vaqifdən imtina etməyi məsləhət bilib. Bu səbəbdən də ona yalnız ayın 20-də, oyundan 2 gün sonra düşərgəyə gəlmək tapşırılıb.
Qeyd edək ki, yarım ildir “Tvente”nin heyətinə düşə bilməyən Vaqif üçün növbəti şans iyunun 26-da yaranacaq. Həmin gün enshedelilər “Hengelos”la görüşəcək.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0