“Rəsmi müraciət yoxdursa, bu haqda düşünməyə dəyməz”
18.06.2010 - 10:51
“Əvvəl “Qalatasaray” - “Kayserispor” matçının ölkəmizdə keçirilməsi ilə bağlı Türkiyə Futbol Federasiyasından bizə təklif gəlmişdi. Ancaq həmin vaxt Tofiq Bəhramov adına Respublika stadionunda təmir işləri getdiyindən, bunu gerçəkləşdirə bilmədik. Bundan sonra belə bir təklif almamışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Dünyanın ən prinsipial oyunlarından sayılan “Qalatasaray” – “Fənərbaxça” derbisinin Türkiyədən kənarda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda keçirilməsi variantı ortaya çıxıb. Barışmaz rəqiblər arasındakı münasibətlərin istiləşməsinə xidmət edən növbəti layihə İstanbul nəhənglərini Azərbaycana gətirəcək.
Belə ki, bu yaxınlarda şərikli idman malları mağazası açacaq “Qalatasaray”la “Fənərbaxça”nın ölkəmizə səfəri “Spor Toto” şirkətinin təşəbbüsü sayəsində mümkün olacaq. Bu təşkilat təkcə Türkiyədə deyil, bir çox ölkələrdə də sevilən komandalar üçün yeni kubok təsis etmək qərarına gəlib. “Qürbət kuboku” adlanan mükafatın sahibi bir matçdan ibarət derbidə müəyyənləşəcək.
Məmmədov belə bir görüşün ölkəmizdə keçirilməsini müsbət qarşılasa da, təşkilati və təhlükəsizlik məsələlərinin həll olunmasını vacib sayır: “Oyun Bakıda, baş arenamız olan Respublika stadionunda keçirilə bilər. Bildiyiniz kimi, bu arena Gənclər və İdman Nazirliyinin balansındadır və həmin qurumla da danışıqlar gərəkdir. Fikrimcə, Türkiyə Futbol Federasiyasından rəsmi müraciət yoxdursa, bu variantın həyata keçirilməsi haqda düşünməyə dəyməz. Müraciət olandan sonra bu məsələyə baxmaq olar”.
“Qürbət kuboku” oyunlarının təxminən 50 min tamaşaçı tutan stadionlarda keçirilməsi və biletin qiymətinin 30 avro olacağı nəzərdə tutulub. Bu isə bizdə müəyyən problemlər yaradır və AFFA-nın baş katibi da bununla razılaşır: “Əvvəlki müraciətdə belə söhbət olmuşdu ki, oyun 50 minlik stadionda keçirilsin. Təəssüf ki, bizdə hazırda bu tutuma malik arena yoxdur. Biletlərin 30 avro olması isə çox bahadır. Marketinq Departamentimiz hələ iki il öncə apardığı araşdırma ilə belə nəticəyə gəlmişdi. Bizdə futbolda ən bahalı bilet ötən yay yığmamızın İspaniya millisi ilə Respublika stadionunda keçirdiyi yoldaşlıq görüşü zamanı olub. Həmin oyunda ən bahalı 1-ci kateqoriyalı biletlər idi ki, onların da qiyməti 10-15 manat idi. İspaniya ilə oyun zamanı çox uğurlu bilet satışı həyata keçirmişdik. Biletlər 30 avro yox, 20 manat olsa belə, alınmayacaq”.
Qeyd edək ki, “Qərbət kuboku” uğrunda “Qalatasaray” – “Fənərbaxça” oyununun ilk olaraq Almaniyada, iyulun 21-də keçirilməsi nəzərdə tutulub.
Mehman SÜLEYMANOV

0
0