Dieqo Maradona: Mən “mavi” deyiləm, sarışın qızla görüşürəm
18.06.2010 - 11:36
Dieqo Maradona: Mən “mavi” deyiləm, sarışın qızla görüşürəm
“Narahat olmayın, “mavi” deyiləm. Mən qadınlarla əlaqəyə üstünlük verirəm. 31 yaşlı sarışın Veronika ilə görüşürəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Argentina yığmasının baş məşqçisi Dieqo Maradona deyib.

Hələ futbolçu karyerası dövründən hoqqabazlığı ilə tanınan Maradona ilk dəfə çalışdırıcı kimi qatıldığı mundialda tez-tez yığma üzvləri ilə qucaqlaşıb, onları öpməsi diqqətdən yayınmayıb. Bununla 50 yaşlı baş məşqçinin homoseksualist olması ilə bağlı şübhələr yaranıb. Məsələyə aydınlıq gətirən Maradona hərəkətinə qısaca belə izah edib: “Sadəcə, futbolçuları yaxşı oyuna görə təbrik etmək xoşuma gəlir”.