“Qremio Prudente” rəsmisi: Onlara “Neftçi” klubunda uğurlar arzulayıram
18.06.2010 - 11:58
Braziliyanın “Qremio Prudente” klubu iki futbolçusunun “Neftçi”yə keçidinə rəsmi münasibət bildirib. Apasport.az saytının məlumatına görə, A seriyasında mübarizə aparan komandanın rəhbərliyi ölkəmizə transfer olunan Denis Silva və Uesli Barbosadan razı ayrılıb.
“Qremio Prudente”nin baş direktoru Dieqo Cerri Braziliya mətbuatına verdiyi açıqlamasında artıq sabiq oyunçuları olan cütlük haqda yüksək fikirdə olduqlarını bildirib: “Klub rəhbərliyi Denis və Uesliyə “Qremio Prudente”dəki çıxışlarına görə təşəkkür edir. Onlar komandamızda olduqları müddətdə daim fədakarlıq və peşəkarlıq nümayiş etdiriblər. Biz bu iki futbolçuya karyeralarının yeni mərhələsində uğurlar arzulayırıq”.
Qeyd edək ki, Denis əvvəlllər “Xəzər-Lənkəran”da çıxış edibsə, Uesli Azərbaycanda debüt edəcək.

0
0