“Bakı”nın bəyənmədiyi futbolçu türk klubuna keçdi
18.06.2010 - 13:54
Qışda Bülənt Qorxmazın dəvəti ilə “Bakı”ya transfer olunan, ancaq ümidləri doğrultmadığına görə, mövsüm sonunda komandadan kənarlaşdırılan Kürşat Duymuş özünə yeni klub tapıb. Apasport.az saytının xəbərinə görə, türk müdafiəçi bundan sonra karyerasını vətənində davam etdirəcək. O, “Orduspor”un formasını geyinəcək. Duymuşla artıq iki ilik müqavilə imzalanıb.
Qeyd edək ki, həmyerlimiz Anatoli Ponomaryov son mövsümü “Orduspor”da keçirib. O, yeni baş məşqçi Uğur Tütünəkərin baş məşqçi postuna gəlişindən sonra komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, həmyerlimiz Anatoli Ponomaryov son mövsümü “Orduspor”da keçirib. O, yeni baş məşqçi Uğur Tütünəkərin baş məşqçi postuna gəlişindən sonra komandadan kənarlaşdırılıb.
0
0