Azərbaycan millisi ilk səfər oyununa çıxır
18.06.2010 - 14:02
Sabah qadınlar arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avropa zonasının VIII seçmə qrupunda mübarizə aparacaq Azərbaycan yığması ilk səfər matçına çıxacaq. Ardıcıl 4 qarşılaşmasını Bakıda keçirən Şamil Heydərovun yetirmələri Belçika futbolçularının qonağı olacaq.
Sabah qrupumuzda daha bir matç keçiriləcək ki, həmin oyun qrup qalibinin adına indidən aydınlıq gətirə bilər. Heç bir müqavimətə rast gəlmədən bütün qarşılaşmalarda qələbələri sıralayan İsveç yığması öz meydanında ən yaxın izləyicisi Çexiyanı məğlub etməklə mundiala vəsiqəni təmin etməyə çalışacaq. Bunun rəsmiləşməsi üçün millimizin də Belçikada xal itirməsi lazımdır.
Qeyd edək ki, yığmamız ayın 23-də İsveçdə meydan sahibləri ilə görüşəcək.
20:00. Belçika – Azərbaycan
Baş hakim: Una Honq (Cənubi Koreya)
Tubitse. “Leburton” stadionu

1 | İsveç | 4 | 4 | 0 | 0 | 13-2 | 12 |
2 | Çexiya | 5 | 3 | 0 | 2 | 11-5 | 9 |
3 | Belçika | 7 | 2 | 1 | 4 | 7-13 | 7 |
4 | Uels | 6 | 2 | 0 | 4 | 7-11 | 6 |
5 | AZƏRBAYCAN | 4 | 1 | 1 | 2 | 2-9 | 4 |
0
0