“Everton” Araz Abdullayevi gözləyə-gözləyə qalıb
18.06.2010 - 16:52
İngiltərənin məşhur “Everton” klubunun maraq dairəsində olan Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin Böyük Britaniyaya səfəri yenə təxirə salına bilər. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunda çıxış edən 18 yaşlı yarımmüdafiəçinin ölkəni tərk etməsinə viza problemi mane olur.
İngiltərəyə gedib "Everton" klubunun şəraiti ilə tanış olmaq istəyən Arazın bu arzusunun gerçəkləşməsi yubanır. Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karolin Braunun köməyi də Abdullayevin probleminin həllinə kifayət etmir. Yeni mövsümün startına qədər Dumanlı Albiona yollanmaqda israrlı olan yarımmüdafiəçi gələn həftə ölkəni tərk etmək niyyətində idi.
Qeyd edək ki, “Everton”a qədər Arazın xidmətində maraqlı olan digər xarici klub – Rusiya təmsilçisi “Rubin”in də arzusu gözündə qalmışdı.

0
0