“Çaykur Rizəspor”dan dəvət alan futbolçu Azərbaycana üstünlük verdi
19.06.2010 - 11:22
“Olimpik-Şüvəlan” daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb. Apasport.az saytının məlumatına görə, komandanın kapitanı Aqil Nəbiyev də qarşıdakı mövsümdə “təyyarəçilər”in uğurları üçün çalışacaq. 28 yaşlı müdafiəçi bildirib ki, tərəflər arasında münasibətlər bu gün rəsmiləşib:
“Düzü, digər klublardan dəvət almışdım. Hətta bəzilərinin rəhbərliyi ilə də masa arxasına oturmuşduq. Lakin bütün variantları müzakirə etdikdən sonra hazırkı klubumda qalmağı üstün tutdum. Müqavilənin maliyyə şərtləri məni razı saldı”.
Nəbiyev “Olimpik-Şüvəlan” naminə Türkiyənin “Bank Asiya” təmsilçisi “Çaykur Rizəspor”un real təklifindən imtina etdiyini söyləyib: “Onlar məni birbaşa müqaviləyə çağırırdılar. Amma getmədim. “Olimpik-Şüvəlan”da qalmaq indiki vəziyyətdə ən real variantdır. Rəhbərlik mənə iddialı komanda formalaşdıracaqlarını deyib”.
Qeyd edək ki, Aqil Nəbiyev 3 ildir şərəfini qoruduğu "təyyarəçilər"in bu mövsümdən kapitan sarğısını daşıyır.

0
0