Qladki: Onlar “Xəzər-Lənkəran”dan iki dəfə güclüdürlər
19.06.2010 - 11:34
Qladki: Onlar “Xəzər-Lənkəran”dan iki dəfə güclüdürlər
UEFA kubokunun qalibi olan “Şaxtyor”un futbolçusu Aleksandr Qladki “Xəzər-Lənkəran”la Slovakiyanın “Senika” klublarını müqayisə edib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi Avstriyadakı təlim-məşq toplanışında hər iki komandanı yoxlama oyununda eyni hesabla məğlub edib - 2:0.

“Şaxtyor”un bu toplanışda Moskva “Spartak”ı ilə yoxlama oyununun daha maraqlı olacağı gözlənilir. Ukrayna yığmasının da üzvü olan Qladki bununla bağlı sualı cavablandırarkən, Slovakiya təmsilçisini “Xəzər-Lənkəran”dan çox güclü olduğunu bildirib: “Spartak”la görüşün ən maraqlı olub-olmadığını mən mühakimə edə bilmərəm. Ancaq sınaq ciddi olacaq. Əgər mövsümlərarası fasilənin ilk hissənin yekun vurmağımı istəyirsinizsə, onu dəqiq deyə bilərəm ki, Slovakiya klubu Azərbaycan komandasından iki baş güclü oldu”.

Qeyd edək ki, “Senika” ötən mövsümü öz çempionatında 6-cı, “Xəzər-Lənkəran” isə Premyer Liqanı 4-cü yerdə bitirib.