“Qəbələ” klubu yay fasiləsində ilk transferini reallaşdırdı
21.06.2010 - 11:31
“Qəbələ” klubu mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, şimal təmsilçisi transfer çalışmalarına yerli futbolçunun keçidini həll etməklə start verib.
Komandanın ingiltərəli yeni baş məşqçisi Toni Adams bir neçə gün öncə Bakının “Neftçi” klubundan uzaqlaşdırılan Asəf Qədirinin “Qəbələ”yə gəlməsinə razılıq verib. Son mövsümü icarə əsasında Tovuzun “Turan” klubunda icarə əsasında keçirən Asəflə rəsmi müqavilə imzalanıb.
Xatırladaq ki, “Turan”dan ayrıldıqdan sonra Asəflə daha iki klub – “Muğan” və “Olimpik-Şüvəlan” maraqlandırdı. Paytaxt təmsilçisi Qədiri ilə müqavilənin ilkin detallarını da müzakirə etmişdi.
“Qəbələ” iyunun 25-dək daha 3 futbolçunun keçidini həll etmək niyyətindədir. Həmin oyunçular Toni Adamsdan sonra - iyunun 26-27-si Azərbaycana gələcəklər.

0
0