Qazaxıstanda “Olimpik-Şüvəlan”ın legionerlərini müqayisə etdilər
21.06.2010 - 11:49
Qazaxıstanda “Olimpik-Şüvəlan”ın legionerlərini müqayisə etdilər
Bakının “Olimpik-Şüvəlan” klubunun sabiq futbolçusu Anatoli Doroşun Qazaxıstana səfəri uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, Moldova yığmasının hücumçusu Superliqada çıxış edən “Tobol” klubunda baxışdan keçə bilməyib.

Doroş Kostanay təmsilçisinin məşqçilərinin xoşuna gəlməyib. Maraqlısı odur ki, məşqçilər Doroşu “təyyarəçilər”in sabiq futbolçusu, belaruslu Dmitri Parxaçevdən zəif saydıqları üçün müqavilə bağlamamağı qərara alıb. “Olimpik-Şüvəlan” vaxtilə heyətində gümüş medal qazanan Dmitri ilə 2008-ci ilin yayında vidalaşıb. Belaruslu həmin vaxtdan Qazaxıstanda oynayır. “Olimpik-Şüvəlan” Doroşla da mövsüm bitəndən sonra yeni müqavilə imzalamaqdan imtina edib.