Əfran İsmayılovun ürəyindəkilər
21.06.2010 - 11:51
“Zədəm tam sağalıb. Komanda ilə birgə məşqlərdə iştirak edirəm. Düzdür, məşqlərdən sonra ayağımda ağrılar hiss olunur. Ancaq həkimlər bu ağrıların bir müddət olacağını bildiriblər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
İyunun 10-dan etibarən Türkiyədə təlim-məşq toplanışı keçirən Ağdam təmsilçisi artıq bir yoxlama oyunu da keçirib. “Qızılcahamam Bələdiyyəspor” üzərində qazanılan 8:0 hesablı qarşılaşmada İsmayılov da iştirak edib. Həm hazırlıq, həm də yoxlama oyunu barədə danışan Əfran zəif rəqiblə qarşılaşmalarının səbəbini açıqlayıb: “Hazırlıq planauyğun şəkildə davam edir. Əvvəlcə fiziki, indi isə taktiki və texniki təmrinlər üzərində çalışırıq. Ab-hava yaxşıdır. Uşaqlar məşqlərdə canla-başla iştirak edirlər. “Qızılcahamam bələdiyyəspor”la oyuna gəldikdə, rəqib çox zəif idi. Əslində, zəif rəqiblə qarşılaşmağımız bizdən asılı deyildi. İndi burda güclü komandaların sayı azdır. Rəqib tapmaqda çətinlik çəkirik. Səbəbi isə bizim Qızılcahamama tez gəlməyimizdir”.
Yarımmüdafiəçi bu gün atılacaq Avropa Liqasının püşk ilə bağlı istəyini də açıqlayıb: “Diqqətimiz püşkə yönəlib. Ürəyimdən Farer adaları və ya Malta təmsilçisi ilə qarşılaşmaq keçir. Ancaq bu bizim istəyimizlə həll olmur. Görək, püşk qarşımıza hansı komandanı çıxaracaq”.

0
0