“Mattersburq” klubunun baş məşqçisi “Xəzər-Lənkəran”ı təriflədi
24.06.2010 - 10:14
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran”ın yoxlama görüşlərində nümayiş etdirdiyi oyun mütəxəssislərin də gözündən yayınmayıb. Apasport.az saytının məlumatına görə, Ağasəlim Mircavadovun yetirmələrini böyük hesabla məğlub edən Avstriyanın “Mattersburq” klubunun rəhbərliyi də cənub təmsilçisinin məzmunlu oyununa biganə qalmayıb.
Komandasının 6:2 hesabı ilə qalib gəldiyi matçdan sonra avstriyalıların baş məşqçisi Herbert Vieger “Xəzər-Lənkəran”ı tərifləməklə yanaşı, qələbələrinin sirrini də açıqlayıb: “Rəqib komanda çox yaxşı oynadı. Lakin futbolçularımızın rəqib qapısı qarşısında daha dəqiq olması, qələbə qazanmağımızda həlledici rol oynadı”.
Qeyd edək ki, “Mattersburq”la matç “Xəzər-Lənkəran”ın Almaniyada üçüncü sınaq görüşündə aldığı üçüncü məğlubiyyətlə əlamətdar olub.

0
0