Azərbaycan futbolçuları İsveç yığmasının tarixinə düşdülər - FOTO
24.06.2010 - 10:44
Qadınlardan ibarət Azərbaycan milli komandası İsveç yığmasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsində keçirilən qarşılaşma skandinaviyalılar üçün rekordla əlamətdar olub.
Millimizi 17:0 hesabı ilə məğlub edən isveçlilər yığmanın yarandığı gündən indiyədək heç vaxt belə qələbə qazanmamışdı. Bu, ilk matçını 1973-cü ildə keçirən “sarılar”ın 37 illik tarixinin ən böyük qələbəsidir. Tomas Dennerbyunun yetirmələrinin bu rekorduna kimi İsveçin ən fərqli qələbəsi 18 il əvvələ təsadüf etmişdi. Həmin vaxt şimallılar İrlandiyanı 10:0 hesabı ilə məğlub etmişdilər.
Qeyd edək ki, FİFA reytinqində 4-cü olan İsveç yığması dünya çempionatının gümüş (2005), bürünc (1991) mükafatlarını, 26 il əvvəl isə Avropa çempionu titulunu qazanıblar.

0
0