Azərbaycan futbolçularını Çexiya və Uelsdə gözləyirlər
24.06.2010 - 11:41
Azərbaycan futbolçularını Çexiya və Uelsdə gözləyirlər
Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində çıxışını başa vurmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Belçikada 11, İsveçdə 17 cavabsız qol “yeyən” Şamil Heydərovun yetirmələri son iki matçını da səfərdə keçirəcək.

Avqust ayında “xoşbəxt” olmaq növbəsi Uels və Çexiyaya çatacaq. Həmin yığmalar növbə ilə millimizi qəbul edəcək. Əgər çexiyalı xanımlar İsveçi məğlub etməklə birinci yeri tutmaq şanslarını saxlasalar, top fərqini yaxşılaşdırmaq üçün komandamızdan istifadə etməyə çalışacaqlar. Onsuz da hər iki rəqibimiz azarkeşlərini sevindirmək üçün Azərbaycan yığmasını səbirsizliklə gözləyirlər.

Qalan oyunların təqvimi

21 avqust
Çexiya – İsveç
Uels – Azərbaycan

25 avqust
İsveç – Uels
Çexiya – Azərbaycan


1

İsveç

6

5

1

0

30-2

16

2

Çexiya

6

3

1

2

11-5

10

3

Belçika

8

3

1

4

18-13

10

4

Uels

6

2

0

4

7-11

6

5

AZƏRBAYCAN

6

1

1

4

2-37

4