Viana da Silva “Neftçi”də ilk məşqinə çıxdı
24.06.2010 - 11:36
Viana da Silva “Neftçi”də ilk məşqinə çıxdı
Dünən daha bir futbolçunu heyətinə qatan "Neftçi" hazırlıqlarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, komanda səhər saatlarında klubun bazasındakı meydançada məşq keçib. Yeni transfer Alessandro Viana da Silva da hazırlıqda iştirak edib. Rail Məlikovla Ruslan Əmircanov isə yüngül qaçışla kifayətləniblər. Flaqmanın növbəti məşqi saat 18:30-dan etibarən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda olacaq.