Nikolay Bunya: Mən artıq “Xəzər-Lənkəran”a qalib gəlmişəm
24.06.2010 - 13:16
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”ın rəqibi olan Moldovanın “Olimpiya” klubunun baş məşqçisi Nikolay Bunya təmsilçimizdən çəkinmədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı mütəxəssis bildirib ki, lənkəranlıları məğlub etməyin sirlərinə bələddir: “Mən artıq bir dəfə “Xəzər-Lənkəran”a qalib gəlmişəm. 2005-ci ildə “Nistru”da çalışarkən UEFA kubokunda bunu bacarmışam”.
Qeyd edək ki, Bunya 2005/06 mövsümündə “Xəzər-Lənkəran”ı Kişinyovda 3:1, Bakıda 2:1 hesabı ilə məğlub edən “Nistru”nun baş məşqçisi idi.
Qeyd edək ki, Bunya 2005/06 mövsümündə “Xəzər-Lənkəran”ı Kişinyovda 3:1, Bakıda 2:1 hesabı ilə məğlub edən “Nistru”nun baş məşqçisi idi.
0
0