“Xəzər-Lənkəran” sabah Moldovaya yollanır
24.06.2010 - 13:30
“Xəzər-Lənkəran” sabah Moldovaya yollanır
“Xəzər-Lənkəran” klubunun Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Moldovanın “Olimpiya” komandası ilə iyulun 1-də baş tutacaq qarşılaşmaya bu ölkədə hazırlaşacaq.

Beltsı təmsilçisinin rəsmi internet saytının iddiasına əsasən, “Xəzər-Lənkəran” Almaniyadakı toplanışı başa vuraraq, sabahdan hazırlıqlarını Moldovada davam etdirəcək. İyunun 25-dən Kişinyovda məskunlaşacaq komandamız “Zimbru” klubuna məxsus bazada hazırlaşacaq.

Qeyd edək ki, “Olimpiya” – “Xəzər-Lənkəran” oyunu “Zimbru” stadionunda keçiriləcək.