Yığmanın futbolçusu xanın jurnalistə sillə vurdu
24.06.2010 - 13:31
Əlcəzair yığma komandasının futbolçusu Rafiq Saifi ABŞ-a məğlubiyyətin hirsini qadın jurnalist Asmu Xalimidən çıxıb. Apasport.az saytının məlumatına görə, “Competition” qəzetinin əməkdaşı futbolçuya yaxınlaşarkən, Rafiq onun sifətinə şillə vurub.
Həmkarımız özünü müdafiə etməyə çalışsa da, istəyi alınmayıb. Onun hərəkətindən daha da qəzəblənən futbolçu bu dəfə Xalimiyə plastik su qabı tullayıb. İnsidentin gərginləşəcəyini görən Saifinin komanda yoldaşları onu güclə paltardəyişmə otağına aparıblar.
Zərərçəkən bu qalmaqalın yerdə qalmayacağını bildirib. O, futbolçu barədə FİFA-ya və Əlcəzair Futbol Federasiyasına şikayət edəcəyini deyib. Xaliminin sözlərinə görə, onlar arasında ilk qalmaqal 1 il əvvəl yaranıb və futbolçu iddia edib ki, ondan götürdüyü müsahibəni təhriflə yazıb.
Qeyd edək ki, son turda ABŞ-a uduzan Əlcəzair futbolçuları 1/8 finala çıxmaq şanslarını əldən veriblər.

0
0