İsveçli futbolçu: Azərbaycan yığması ilə oyun məzəli idi
24.06.2010 - 14:21
“Biz Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq. Onda 3:0 hesabı ilə qalib gəlmişdik. Düşünürəm ki, həmin komanda indikindən güclü idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət İsveç yığmasının futbolçusu Linnea Lileqard deyib.
Dünya çempionatının seçmə mərhələsinin oyununda Azərbaycan yığmasını 17:0 hesabı ilə məğlub edən skandinaviyalıların 22 yaşlı hücumçusu 3 qol vurduğu matç haqda fikirlərini açıqlayıb: “Eşitdiyimə görə, Azərbaycan yığmasında ciddi islahatlar aparılıb. Onlar nəyi isə dəyişmək istəyirlər. Bu qələbə nə qədər yaxşı olsa da, Çexiya ilə oyundakı qələbənin yerini vermir. Biz onları məğlub etməliyik ki, qrup qalibi olaq”.
İsveç yığmasının digər futbolçusu Linda Forsberq də oyun haqda fikirlərini açıqlayıb: “Azərbaycanla görüş məzəli idi. İkinci hissədə rəqibin hücumda passivləşməsi işimizi xeyli asanlaşdırdı”.
Qeyd edək ki, isveçlilər yığmamızla oyunun birinci hissəsində 7, fasilədən sonra 10 qol vurublar.

0
0