Azərbaycanlı futbolçular “Latam Park”da
24.06.2010 - 15:13
Azərbaycanlı futbolçular “Latam Park”da
Azərbaycan milli komandasının növbəti oyununun keçirilmə yeri və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qadınlar arasında dünya çempionatının seçmə mərhələsində çıxış edən Şamil Heydərovun yetirmələrinin Uelslə səfərdə keçirəcəyi qarşılaşma Nyutaun şəhərində baş tutacaq. Görüş cəmi 5 min tamaşaçı tutan “Latam Park” stadionunda oynanılacaq. Avqustun 21-də keçiriləcək bu matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, Avropa zonasının VIII seçmə mərhələsində çıxış edən yığmamız yeganə qələbəsini (2:1) məhz Uels üzərində qazanıb.