“Qırmızı tüstü” Lənkərana gəlir
25.06.2010 - 09:52
“Qırmızı tüstü” Lənkərana gəlir
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la qarşılaşacaq Moldovanın “Olimpiya” klubu ölkəmizdə keçiriləcək qarşılaşmada dəstəksiz qalmayacaq. Apasport.az saytının məlumatına görə, Beltsı təmsilçisi oyulun 8-də Lənkəranda keçiriləcək görüşə azarkeşlərini gətirməyə qərar verib. Bu da onunla bağlıdır ki, moldovalılar “Fırtınalar meydanı” kimi tanınan Lənkəran şəhər stadionunda minlərlə “Xəzər-Lənkəran” azarkeşinin alqışları altında tək qalmaqdan çəkinir. “Olimpiya” rəhbərliyi azarkeşlərin səfərini “Red Smoke” fan hərəkatı ilə birgə təşkil edir. Azərbaycan dilinə tərcümədə “Qırmızı tüstü” adlanan bu təşkilat artıq Azərbaycana gəlmək istəyənlərin qeydiyyatına başlayıb.