“Xəzər-Lənkəran”a qarşı kimlər oynayacaq?
25.06.2010 - 10:31
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Xəzər-Lənkəran”la qarşılaşacaq “Olimpiya” klubunun baş məşqçisi meydana buraxacağı start heyətini təxmini də olsa müəyyənləşdirib. Apasport.az saytının xəbərinə görə, son yoxlama matçında “Daçiya” ilə qarşılaşan və qolsuz heç-heçəyə nail olan Bletsı təmsilçisinin formasını bu futbolçular geyinib: Sergey Paşenko, Viktor Verbeçkiy, Eduard Valuça, Nikolay Orlovski, Oqada Dju, Andrey Tkaçuk, Çulius Adaramola, İbrahim Kamara, Yevgeni Xorolski, Jan-Jerom Robens və komandanın kapitanı Georgi İvsyannikov.
0
0