“Maradonaya görə Argentinanın çempion olmasını istəyirəm”
25.06.2010 - 10:56
“Futbola marağım olmasa da, baxmağa məcburam. Çünki Yunis Hüseynov dünya çempionatının bütün görüşlərini izləyir. Bu səbəbdən mən də mundialın oyunlarına baxıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Azərbaycan Şahmat Federasiyasının sabiq prezidenti Aynur Sofiyeva deyib.
Vaxtilə Azərbaycanın ən güclü şahmatçılarından sayılan Sofiyeva bildirib ki, hazırda Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında Argentina millisinə azarkeşlik edir. O, qrup mərhələsində uğurlu çıxış edən Cənubi Amerika təmsilçisinin çempion olmasını istəyir: “Bunu hansısa futbolçuya görə deyil, əfsanəvi Maradonaya görə arzulayıram. Çünki o çox gözəl komanda formalaşdırıb. İnanıram ki, qrup mərhələsində uğurlu çıxış edən argentinalılar sonda çempion olacaqlar”.
Qeyd edək ki, Aynur Sofiyeva “Karvan” futbol klubunun sabiq baş məşqçisi Yunis Hüseynovun həyat yoldaşıdır.

0
0