Azərbaycan çempionuna qarşı 1 milyon avroluq futbolçu
25.06.2010 - 11:07
Çempionlar Liqasının I təsnifat mərhələsində Bakının “İnter” klubunun rəqibi olacaq “Lex” heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisi 1 milyon avro qiyməti olan Latviya yığmasının hücumçusu Artyom Rudnevi baxışa çağırıb.
Son mövsümü Macarıstanın “Zalaeqerserq” komandasında keçirən futbolçu 16 dəfə fərqlənib. Latviyanın gənclərdən ibarət millisində oynayan Rudnev ötən il əsas komandada da debüt edib.
Qeyd edək ki, yaxın günlərdə latviyalı futbolçu ilə müqavilə imzalayacaq “Lex” “İnter”lə ilk görüşü paytaxtımızda keçirəcək.

0
0