“Neftçi”də yeni sima - FOTO
25.06.2010 - 16:05
“Neftçi”də yeni sima - FOTO
“Neftçi” mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Slavko Georgiyevski, Denis Silva, Alessnadro Viana da Silva və Rauf Mehdiyevi rənglərinə bağlayan paytaxt təmsilçisi Fərid Quliyevin də keçidini rəsmiləşdirib. Ötən il Unibank Premyer Liqasında 16 qolla bombardir olan Quliyevlə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, “Neftçi”nin 24 yaşlı yeni transferi yığma komandamızın da şərəfini qoruyur.