Fərid Quliyev: “Neftçi” mənimlə 2-3 illik müqavilə bağlamaq istəyirdi
25.06.2010 - 16:14
“Artıq “Neftçi” ilə rəsmi müqavilə imzalamışam. Qarşıdakı mövsümü bu komandanın heyətində keçirəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun yeni transferi Fərid Quliyev deyib.
Son mövsümü “Standard”ın heyətində keçirən və mütəmadi olaraq Azərbaycan yığmasına çağırılan Quliyev nəhayət özünə yeni komanda tapdı. “Neftçi”dən gələn təklifi dəyərləndirən hücumçu artıq yeni komandasının məşq prosesində iştirak edir. O, başqa klublardan təklif aldığını təsdiqləsə də, onları dəyərləndirməyi lazım bilməyib. “Neftçi yığmamızın da formasını geyinən forvardla uzunmüddətli müqavilə imzalamaq istəsə də, Quliyev bir illik anlaşmaya razılıq verib: “Bəli, “Neftçi” mənimlə 1 yox 2-3 illik müqavilə bağlamaq istəyirdi. Ancaq mən belə istədim. Bu gün Azərbaycanda əksər futbolçular bir illik müqaviləyə imza atırlar”.

0
0