“Qarabağ” yoldaşlıq matçında qələbə qazandı
25.06.2010 - 21:40
“Qarabağ” yoldaşlıq matçında qələbə qazandı
UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Metallurq”la (Makedoniya) oyuna hazırlaşan “Qarabağ” bu gün növbəti yoldaşlıq matçında gücünü yoxlayıb. Apasport.az saytının məlumatına görə, “Olimpik-Şüvəlan”la qarşılaşan Ağdam təmsilçisi rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun yetirmələrindən Emin İmaməliyev və Elvin Məmmədov fərqləniblər.

Qeyd edək ki, iyulun 1-də paytaxtımızda makedoniyalıları qəbul edəcək “Qarabağ” “Olimpik-Şüvəlan”dan öncə Türkiyədə hazırlıq zamanı “Qızılcahamam Bələdiyyəspor”un qapısından 8 cavabsız top keçirmişdi.