Azərbaycan çempionundan növbəti uğur
25.06.2010 - 22:13
Bolqarıstanda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinə hazırlaşan “İnter” üçüncü yoxlama oyununu da qələbə ilə başa vurub. Apasport.az saytının məlumatına görə, “Botev”lə qüvvəsini sınayan Azərbaycan çempionu rəqibini 2:1 hesabı ilə məğlub edib. Komandamızın heyətində qollara David Odikadze və Jozemar Silva dos Santos imza atıblar.
Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində "İnter" keçirdiyi əvvəlki iki yoxlama oyununda "Pravets"i 6:1 və "KİM Minyol"a 3:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində "İnter" keçirdiyi əvvəlki iki yoxlama oyununda "Pravets"i 6:1 və "KİM Minyol"a 3:1 hesabı ilə qalib gəlib.
0
0