“Fənərbaxça” Kristof Daumu qovdu
26.06.2010 - 11:06
Türkiyənin “Fənərbaxça” futbol klubu baş məşqçi Kristof Daum və onun köməkçisi Roland Koxla yollarını ayırıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Bununla da “Fənər”də ikinci Daum dönəmi rəsmən başa çatıb. Klub rəhbərliyi onlara 2009-2010-cu il mövsümündə göstərdikləri xidmətin qarşılığında təşəkkür edib.
Qeyd edək ki, Kristof Daum 2009-cu il iyunun 2-də “Fənərbaxça” ilə 3 illik müqavilə bağlayıb. Onun rəhbərliyi altında “sarı-lacivərdlilər” Türkiyə Superliqasında 2-ci, ölkə kubokunda isə finalçı olublar. Amma klub mövsümü titulsuz başa vurub.

0
0