Azərbaycan çempionu “Styaua”nın futbolçusu ilə müqavilə imzaladı
26.06.2010 - 11:19
Bakının “İnter” klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümə Bolqarıstanda hazırlaşan Azərbaycan çempionu heyətindəki legionerlərin sayını artırıb. Belə ki, Bolqarıstan yığmasının sabiq futbolçusu Jivko Jelev karyerasını ölkəmizdə davam etdirəcək. Bakılılar 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
2004-2006-cı illərdə heyətinə cəlb olunduğu Bolqarıstan milli komandasında 6 oyun keçirən Jelev əvvəllər U-21-in də şərəfini qoruyub. O, gənclər yığmasında 24 oyuna 2 qol vurub. Vətənində “Beroe”, “Liteks”, “Olimpik Teteven” klublarında oynamış Jivko son illər Rumıniyada legioner həyatı yaşayıb. Əvvəl “Otselul”da oynamış müdafiəçi “İnter”ə “Styaua”dan keçib. O, yanvarda transfer olunduğu Buxarest təmsilçisində 16 matçda 1 qol vurub.
Qeyd edək ki, Jelevin vətənindəki sabiq komanda yoldaşı Petar Zlatinov da “İnter”in şərəfini qoruyur.

0
0