“Muğan” Azərbaycan yığmasının sabiq üzvünü transfer etdi
26.06.2010 - 11:27
“Muğan” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Salyan təmsilçisi Rauf Mehdiyevin "Neftçi"yə keçidindən sonra axtardığı qapıçını tapıb.
Bu, arabir Azərbaycan yığmasına da çağırılan Anar Nəzirovdur. 24 yaşlı qapıçı dünən klubun ofisinə gedərək, rəsmi müqaviləyə imza atıb. Razılaşmaya əsasən, Nəzirov qarşıdakı bir ildə "Muğan"ın uğurları üçün çalışacaq.
Bölgə klubunun heyətində Anardan başqa, qapıçı mövqeyində yalnız Amil Ağacanov oynayacaq. Kəskin səviyyə fərqinin olmadığını nəzərə alsaq, heyətə düşmək uğrunda qapıçılar arasında gərgin rəqabətin gedəcəyini söyləmək olar.
Xatırladaq ki, Anar Nəzirovun son klubu "Standard" olub. Anar "Standard"dan başqa, "Neftçi" və "Turan" klublarının da qapısını qoruyub.
"Muğan"la müqavilə bağlayan futbolçunun bir müddət öncə Türkiyə çempionatında oynayacağı iddia edilirdi.

0
0