Jelev: “İnter”in təklif etdiyi şərtlərdən çox razıyam
26.06.2010 - 11:44
“Bakının “İnter” klubunun mənə təklif etdiyi şərtlərdən çox razıyam. Azərbaycan çempionunun rəhbərliyi məni komandalarına götürməkdə israrlı idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun yeni transferi Jivko Jelev deyib.
31 yaşlı bolqarıstanlı müdafiəçi vətənində verdiyi açıqlamada paytaxt təmsilçisinin uğurları üçün əlindən gələni edəcəyinə söz verib: “Çox sevinirəm ki, Çempionlar Liqası kimi nüfuzlu turnirin təsnifat mərhələsinə iştirak edəcəyəm. Orada uğur qazanacağımıza ümid edirəm. Mən “İnter”ə əlimdən gələn hər şeyi verməyə hazıram. Azərbaycanda Bolqarıstan futbolunun adını ucaltmağa, mənə görə həmyerlilərimin xəcalət çəkməməyinə çalışacağam”.
Qeyd edək ki, son klubu Rumıniya “Styaua”sı olan Jelev Bolqarıstan yığmasında 6 oyun keçirib.

0
0