Moldovalılardan “Xəzər-Lənkəran”a təklif
26.06.2010 - 11:56
Avropa Liqasının I təsnifat mərhələsinə hazırlaşan “Xəzər-Lənkəran” “Olimpiya” ilə oyuna qədər Moldovada daha bir matç keçirə bilər. Apasport.az saytının məlumatına görə, təmsilçimizi öz bazasında qəbul edən “Zimbru” klubu iyulun 1-də baş tutacaq oyun ərəfəsində lənkəranlılarla yoldaşlıq görüşü keçirmək istəyir. Kişinyov təmsilçisinin baş direktoru Georgi Juravel belə bir təşəbbüslə çıxış etdiklərini açıqlayıb: “Xəzər-Lənkəran”a yoxlama oyunu keçirməyi təklif etmişik. Amma hələlik hər hansı razılıqdan danışmaq tezdir”.
0
0