“Bizim indidən bura gəlməyimiz, qələbə haqda düşünməyimizlə bağlıdır”
26.06.2010 - 12:09
“Bizim indidən bura gəlməyimiz, qələbə haqda düşünməyimizlə bağlıdır”
“Komandamızın Avropa Liqasının “Olimpiya” ilə oyunlarında yalnız qələbə haqda düşünürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Olimpiya” klubu ilə qarşılaşacaq təmsilçimizin çalışdırıcısı Kişinyovda davam edən hazırlıqlar zamanı yerli jurnalistlərə açıqlama verib. Mircavadov növbəti mərhələyə çıxmaq haqda fikirləşdiklərini bildirib: “Təbii ki, “Olimpiya” ilə oyunumuz çox ağır olacaq. Lakin bizim indidən bura gəlməyimiz qələbə haqda düşünməyimizlə bağlıdır”.