“Xəzər-Lənkəran”ın qapıçısı: Hər şeyi oyun göstərəcək
26.06.2010 - 12:27
“Xəzər-Lənkəran”ın qapıçısı: Hər şeyi oyun göstərəcək
“Deməzdim ki, komandamız “Olimpiya” ilə cütün favoritidir. Belə deyilməsi, bizim üçün çox xoşdur. Lakin düşünürəm ki, hər şeyi oyun göstərəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun qapıçısı Dmitri Kramarenko Moldova mətbuatına açıqlamasında deyib.

36 yaşlı qapıçı Avropa Liqasının I təsnifat mərhələsi ərəfəsində Moldovanın “Olimpiya” klubu ilə qarşılaşmalara münasibət bildirib: “Təbii ki, biz müsbət nəticəyə köklənmişik. Əbəs yerə oyundan bir həftə əvvəl bura gəlməmişik. Oyuna çox ciddi şəkildə hazırlaşırıq. Düşünürəm ki, maraqlı oyun alınacaq. Bəlkə də bizim üçün ilk oyunun səfərdə keçirilməsi daha yaxşıdır. Yəqin ki, belə də asan olacaq. Təcrübə göstərir ki, bu həqiqətən belədir”.