Arif Əsədov “Neftçi” klubunu iki yerə bölür
26.06.2010 - 12:56
Arif Əsədov “Neftçi” klubunu iki yerə bölür
Bakının “Neftçi” klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin futbolçuları dünən olduğu kimi, bu gün də səhər saatlarında klubun bazasındakı meydançada məşq keçiblər.

Gündə iki dəfə olmaqla davam etdirilən hazırlıqlar yenə də zədəlilər - Rail Məlikov və Ruslan Əmircanovun fərdi məşq etməsi ilə keçib. Onlar qaçmaqla kifayətləniblər. Baş məşqçi Arif Əsədov flaqmanın futbolçularını klubun bazasındakı meydançada iki yerə bölərək saat 18:00-da başlayacaq ikitərəfli oyunda sınayacaq.