11 il “Bavariya” klubunu çalışdırmış məşqçi Azərbaycanda işləyəcək
27.06.2010 - 01:36
11 il “Bavariya” klubunu çalışdırmış məşqçi Azərbaycanda işləyəcək
“Bakı” klubunun fiziki hazırlıq üzrə yeni məşqçisinin adı məlum olub. Apasport.az-ın paytaxt komandasının saytına istinadən xəbərinə görə, baş məşqçisi Vinfred Şaferin istəyi ilə futbolçuların fiziki hazırlığına almaniyalı Haunstein Norbert cavabdehlik daşıyacaq. O bu gün komanda üzvlərinə təqdim olunmaqla yanaşı, həm də ilk məşqinə çıxıb.

56 yaşlı Norbert kifayət qədər zəngin məşqçilik karyerasına malikdir. Almaniyalı mütəxəssis ölkəsinin ən tanınmış klubu olan “Bavariya”da 11 il çalışıb.

Norbert Münhen klubundan başqa “Nürnberq” (Almaniya), “Ankaragücü” (Türkiyə), “Əl-Ayn” (BƏƏ) və Bəhreyn milli komandasında çalışıb.