AFFA rəsmisini Macarıstana göndərdilər
29.06.2010 - 11:53
AFFA rəsmisini Macarıstana göndərdilər
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarında azərbaycanlı UEFA nümayəndəsi də iştirak edəcək. Apasport.az saytının məlumatına görə, AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə qitənin klub səviyyəli ikinci turnirinə təyinat alıb. O, “Zalaeherseq” (Macarıstan) - “Tirana” (Albaniya) arasında cavab matçının UEFA nümayəndəsi olacaq. Bu qarşılaşma iyulun 8-də keçiriləcək.

Mənbə: affa.az