“Qarabağ”ın rəqibi maliyyə “burulğan”ında
29.06.2010 - 12:00
“Qarabağ”ın rəqibi maliyyə “burulğan”ında
Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Makedoniyanın “Metallurq” klubu maliyyə problemləri ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Skopye təmsilçisinin rəhbərliyi 2010/11 mövsümü üçün klubun büdcəsini təsdiqləyib.

Bütün xərcləri minimuma endirən makedoniyalıların bu sıxıntıları “Qarabağla oyundan da yan ötməyib. Belə ki, “Metallurq” iyulun 1-də Bakıda keçiriləcək ilk oyuna cəmi 31 nəfərlik nümayəndə heyəti ilə gəlməyə məcburdur. Böyük xərclərdən qaçmaq üçün bu məhdudiyyətlərə qatlaşmalı olan Skopye təmsilçisinin rəhbərliyinin də bir qismi matçı stadionda izləməkdən məhrum olub. “Matallurq”u ölkəmizdə yalnız idman direktoru Nikola Qoşevski və mətbuat katibi Maryan Volovski müşayiət edəcək.