Mahir Şükürov Avropa kuboklarında klubların şansını dəyərləndirdi
29.06.2010 - 12:33
“İlk növbədə onu deyim ki, avrokubokların püşkatmasında ən çox bəxti gətirən “Xəzər- Lənkəran” oldu. Fikrimcə, lənkəranlılar Moldova klubunu asanlıqla keçəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov deyib. 28 yaşlı yarımmüdafiəçi bu gün start götürən avrokuboklar ərəfəsində Azərbaycan klublarının uğurlar arzulayaraq şanslarını dəyərləndirib.
Rusiyanın “Anji” klubunda çıxış edən futbolçumuz Moldovanın “Olimpiya” komandası ilə görüşəcək “Xəzər-Lənkəran”ı daha şanslı sayır: “Onlar indidən növbəti mərhələ haqqında düşünsə, daha yaxşı olar. Buna səbəb rəqibin elə də güclü olmamağı, ilk oyunun səfərdə keçirilməsidir. Cavab qarşılaşmasının isə ağzına kimi dolu stadionda, özü də çılğın azarkeşləri önündə oynamaq moldovalılara çətin olacaq”.
Şükürov Polşanın güclü “Lex” klubu ilə qarşılaşacaq “İnter”i də hesabdan silmir: “Ən bəxti gətirməyən isə, fikrimcə, “İnter” oldu. Onlar “Lex” kimi güclü rəqiblə qarşılaşacaqlar. Amma nə etməli, Avropa ölkələrinin çempionlarının turniri güclü klublar üçündür. Amma “İnter” ilk oyunda qol buraxmadan oynasa, cavab oyununa sərfəli nəticə əldə edə bilər. Şansları 50-nin 50-yə dəyərləndirərdim”.
Çernoqoriyanın “Buduçnost” klubunu yaxşı tanımadığından “Bakı”nın şanslarını təhlil etməyən Mahir şəxsi saytına açıqlamasında Vinfred Şaferin baş məşqçi postuna təyinatını həlledici amil olacağını düşünür: “Bakı” haqqında yalnız onu deyə bilərəm ki, yeni baş məşqçilərinin olduğunu eşitmişəm. Yeni ruh, yeni həvəs, fikrimcə, bunlar bakılıları uğura aparacaq. Səviyyəli transferlər edib, bəhrəsini görəcəklər”.
“Qarabağ”ın da şanslarını yüksək dəyərləndirən Şükürov komandamızın Makedoniyanın “Metallurq” klubunu keçəcəyinə şübhə etmir: “Qarabağ” isə ən azından keçən ilki uğuru təkrarlamalıdır. Heyəti oturmuş və Qurban Qurbanovun yaxşı bələd olduğu oyunçulardır. Məncə, bu ilki rəqib “Rusenborq”dan, “Honka”dan da zəifdir. Heç “Tvente” ilə müqayisə etməyə dəyməz. Çox güman ki, “Qarabağ” mərhələni asan olmasa da, adlayacaq”.

0
0