Qus Hiddink: Məsut Özilin Almaniya pasportu saxtadır!
29.06.2010 - 12:56
Qus Hiddink: Məsut Özilin Almaniya pasportu saxtadır!
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink şok açıqlama verib. Apasport.az saytının xəbərinə görə, holland çalışdırıcı bildirib ki, Almaniya millisinin futbolçusu Məsut Özil “lipa”dır və milliyətcə türk olan Məsutun alman pasportu yoxdur: “Özilin Almaniya pasportu saxtadır. O, əsl deyil”.

Hələ ötən seçmə mərhələdə Rusiya yığmasında işlədiyi vaxtdan almanlardan yanıqlı olan Hiddinkin belə gurultulu açıqlamasından sonra məsələyə FİFA-nın qarışacağı gözlənilir. Ali futbol qurumunun Məsutun Almaniya pasportunun saxta olub-olmadığını araşdıracağı istisna edilmir.

Qeyd edək ki, Özil Almaniyada doğulub. Yığmada ötən ilin avqustunda millimizlə Bakıda keçirilən rəsmi görüşdə debüt edən 22 yaşlı yarımmüdafiəçi tarixi vətəni olan Türkiyədə oynamaq təklifini qəbul etmədi.