“Olimpik-Şüvəlan” ilk transferini rəsmiləşdirdi
29.06.2010 - 15:05
“Olimpik-Şüvəlan” klubu mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi ötən mövsümü Yevlaxın "Karvan" komandasında keçirən 27 yaşlı yarımmüdafiəçi Anar Həsənovu heyətinə cəlb edib.
Bir həftədən artıq müddətdə baxışda olan gənc yarımmüdafiəçi "Qarabağ"la oyundan sonra məşqçilərin etimadını qazanıb. O, iki il müddətinə "Olimpik-Şüvəlan"ın şərəfini qoruyacaq.
Bir həftədən artıq müddətdə baxışda olan gənc yarımmüdafiəçi "Qarabağ"la oyundan sonra məşqçilərin etimadını qazanıb. O, iki il müddətinə "Olimpik-Şüvəlan"ın şərəfini qoruyacaq.
0
0