Yeni transferi “Qarabağ”a kömək etməyəcək
29.06.2010 - 15:33
“Qarabağ” klubu Avropa Liqasının I təsnifat mərhələsi öncəsi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Adam təmsilçisinin heyətində yeni transfer Samir Abasovun zədəsinin ciddi olduğu aşkarlanıb.
Azərbaycan yığmasının da üzvü olan futbolçu iyulun 1-də Makedoniyanın “Metallurq” klubuna qarşı Bakıda keçiriləcək ilk oyunda komandasına kömək edə bilməyəcək.
Bu barədə açıqlama verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, Abasovun zədəsi sağalmır: “Hazırda kollektivlə bir yerdə olsa da, topla hərəkətlər yerinə yetirmir. Güman ki, Avropa Liqasının oyununa qədər Samirin vəziyyətində ciddi irəliləyiş olmayacaq. Onun start heyətində olmayacağı dəqiqdir. Sadəcə, ilk “18-lik”də yer ala bilər”.
Yarımmüdafiəçilər Rəşad Sadiqovla Əfran İsmayılov isə artıq zədələrini tam sağaldıblar. Belə ki, ötən mövsümün sonlarında zədələnən hər iki oyunçunun vəziyyəti getdikcə sabitləşir. Qurbanovun fikrincə, həm Rəşad, həm də Əfran Avropa Liqasının ilkin mərhələsinin ilk oyununa qədər tam formaya düşəcəklər.

0
0