Əmrah Çəlikəl: “Qarabağ”ı Bakıdakı oyunda yalnız qələbə qane edəcək
29.06.2010 - 15:58
“Komanda baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Türkiyədə səmərəli təlim-məşq toplanışı keçdi. Düzdür, orada yalnız bir oyun keçirə bildik və “Terek”lə planlaşdırılan yoldaşlıq görüşü baş tutmadı. Halbuki, biz həmin oyuna hazırlaşmışdıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
İyulun 1-də Avroliqanın I təsnifat mərhələsində Makedoniyanın “Metallurq” klubu ilə qarşılaşacaq “Qarabağ” Türkiyədə iki həftəlik təlim-məşq toplanışında yalnız bir yoxlama oyunu keçirdi ki, onda rəqib olan yerli “Qızılcahamam Bələdiyyəspor” üzərində asan qələbə qazanıldı – 8:0. Halbuki, komanda Rusiyanın Premyer Liqasında çıxış edən “Terek” klubu ilə yoxlama oyunu keçirərək, vətənə dönməli idi. Həmin görüşün baş tutmamağında bir vaxtlar (2001-04-cü illər) Ağdam klubunu çalışdıran, hazırda Qroznı təmsilçisində məşqçi işləyən Şahin Diniyevin adı hallanır.
Çəlikəlin sözlərinə görə, bunu Diniyevin öz dilindən eşitməyiblər: “Həmin görüşü təşkil edən türkiyəli menecer dedi ki, “Terek”lə oyun baş tutmayacaq və buna səbəb kimi Diniyevin bəzi narahatçılığını göstərdi. Bu, onun sözləridir. Biz Türkiyədə olduğumuz müddətdə Şahin müəllimlə danışa bilmədik, buna imkanımız olmadı. Düşünmürəm ki, Diniyev ayrı fikirdə olub. Bəlkə hansısa üzrlü səbəb olub”.
“Qarabağ” rəsmisi bildirib ki, hazırda komandada ab-hava çox yüksəkdir: “Metallurq”u keçmək üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, Bakıdakı oyunda bizi yalnız qələbə qane edə bilər. Hesab edirəm ki, ilk görüş bizi daha şanslı edir. Bunu bizim üçün üstünlük sayıram. Bu, mənim şəxsi fikrimdir. Fikrimcə, artıq Bakıdakı oyunda növbəti mərhələyə çıxmaq vəzifəsini təmin edə bilərik. İndi bütün diqqəti həmin görüşə yönəltmişik”.
Ötən il Avroliqada uğurla çıxış edən “Qarabağ” mövsümlərarası fasilədə iki yığma futbolçusu transfer etdi. Bunlar yığmamızın dayaq yarımmüdafiəçisi Samir Abasovla Albaniya millisinin sol cinah müdafiəçisi Ansi Aqollidir: “İlk mərhələ üçün başqa transferlər nəzərdə tutulmayıb. Yeni mövsümdə həm daxili yarışlarda, həm də avrokuboklarda uğurlu çıxış etməyi qarşımıza məqsəd qoymuşuq. Bu məqsədlə heyətimizi gücləndirib, yenə futbolçular transfer etmək fikrindəyik. İnşallah, “Metallurq” səddini keçəndən sonra bunu reallaşdıracağıq. “Qarabağ” ötən yay Avroliqada uğurlu çıxışı ilə çoxlarının rəğbətini qazandı. Çalışacağıq ki, ən azı həmin nəticəni təkrarlayaq”.
Qeyd edək ki, “Qarabağ” ötən yay Avroliqanın son təsnifat mərhələsində Hollandiyanın “Tvente” klubu ilə görüşdə mübarizəni dayandırdı.
Mehman SÜLEYMANOV

0
0