“Barselona” Anri və Tureyə qapını göstərdi
29.06.2010 - 16:19
“Barselona” rəhbərliyi 2 futbolçu ilə yollarını ayırmağa qərar verib. Apasport.az saytının məlumatına görə, fransız Tyeri Anri və kot d’İvarlı Yaya Ture növbəti mövsüm üçün özlərinə yeni komanda tapmalıdırlar.
Kataloniya klubunun rəsmiləri də onlar ilə yollarını ayıracaqlarını təsdiqləyiblər. Onlar bildiriblər ki, hazırda yarımçıq qalan işlərini - gələcəyin komandasını qurmaq istədikləri üçün belə addım atmaq məcburiyyətindədirlər.
Qeyd edək ki, Ture ilə “Mançester Siti” maraqlansa da, Anrinin adı hələlik heç bir klubun transfer siyahısında yoxdur.

0
0