Azərbaycan çempionu litvalı futbolçu ilə müqavilə bağladı
29.06.2010 - 16:30
Son Azərbaycan çempionu “İnter” klubunun litvalı bombardiri Robertas Poşkusun taleyinə tam aydınlıq gəlib. Klubun baş menecerinin müavini Kamran İsmayılov apasport.az saytına açıqlamasında bildirib ki, ötən mövsüm 12 qolla ən sərrast oyunçuları olan təcrübəli hücumçu ilə yeni müqavilə imzalayıblar.
Milli komandasının da üzvü olan Poşkus mövsüm bitəndən sonra “İnter”dən getmək fikrində olsa da, sonradan iki illik anlaşmaya imza atıb: “Hazırlıq keçdiyimiz Bolqarıstana son olaraq gələn futbolçu Poşkus oldu. O, komandamızda çıxışını davam etdirməyə qərar verdi. Robertasdan əvvəl isə Valeri Abramidze gəldi. Bizimlə müqavilə bağlayan gürcü müdafiəçi yeni transferlərimizdəndir. Hazırda tam heyətlə hazırlığımızı davam etdiririk. Ola bilsin ki, baxışa yeni legionerlər gəldi. Bolqarıstandakı təlim-məşq toplanışını iyulun 7-də başa vurub, vətənə dönəcəyik. Hələ 4 yoxlama oyunumuz var. Rəqibləri hər görüşdən sonra dəqiqləşdiririk. Çempionlar Liqasına iştirak ərizəmizi UEFA-ya təqdim etmək iyulun 5-ə kimi vaxtımız var. İlk oyundan bir gün öncə isə daha bir futbolçunu sifariş edə bilərik”.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “İnter” II təsnifat mərhələsi çərçivəsində Polşanın “Lex” klubu ilə ilk görüşü iyulun 13-də Bakıda keçirəcək.
Mehman SÜLEYMANOV

0
0